AZ

İsrail mediası ABŞ-ın Qəzzada 21 maddəlik atəşkəs təklifini paylaşdı

İsrail mediası ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəs üçün təqdim etdiyi 21 bəndlik yeni təkliflə bağlı təfərrüatları açıqlayıb.

 

“The Times of Israel” Uitkoffun təklif etdiyi iddia edilən 21 bəndlik plan barədə məlumat yayıb.

 

Hesabatda qeyd olunub ki, təklifin məqsədi Qəzzada müharibəyə son qoymaq və Fələstin dövlətinə yol açmaqdır.

 

Xəbərdə o da bildirilir ki, ABŞ-ın təklifi bu həftənin əvvəlində BMT Baş Assambleyası zamanı ərəb və müsəlman liderləri ilə görüşdə təqdim edilib.

 

Bildirilir ki, təklifə İsrailin hücumlarının dayandırılması və bütün israilli məhbusların 48 saat ərzində azad edilməsi, ABŞ-ın Fələstin-İsrail dialoqunu asanlaşdırması, fələstinliləri Qəzza zolağında qalmağa təşviq etməsi və HAMAS-ın yeni administrasiyadan kənarlaşdırılması daxildir.

 

APA

Tarix: 28 Sentyabr 2025, 09:14   
Seçilən
23
10
pravda.az

10Mənbələr