Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.
İlk olaraq "Turan Tovuz" əzəli rəqiblərindən olan "Kəpəz"i qəbul edəcək. Hazırda "Turan Tovuz" 9 xalla 5-ci, keçirdiyi 5 oyunun hamısında uduzan "Kəpəz" isə sonuncudur. Qərb derbisi saat 16:30-da başlayacaq.
Günün və turun son matçı isə Masazırda olacaq. Burada "Sabah" "Sumqayıt"ı qəbul edəcək. "Sumqayıt" 10 xalla 4-cü, "Sabah" isə 7 xalla 7-cidir. Oyuna saat 19:00-da start veriləcək.
Misli Premyer Liqası,
6-cı tur
28 sentyabr
16:30. "Turan Tovuz" – "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Əliyev.
"Azersun Arena"
19:00. "Sabah" – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
"Bank Respublika Arena"
26 sentyabr
"İmişli" - "Zirə" - 1:1
"Qarabağ" - "Qəbələ" - 2:0
27 sentyabr
"Neftçi" - "Karvan" - 0:0
"Şamaxı" - "Araz-Naxçıvan" - 1:1