AZ

ABŞ-də yaxtaların dayanacağı ərazisində atışma olub - VİDEO

ABŞ-nin Sautport şəhərində naməlum şəxs yaxtaların dayanacağı ərazisində atəş açıb, hadisə nəticəsində yaralananlar var.

Trend-in məlumatına görə, bu barədə "WECT" televiziya kanalı xəbər verib.

 

Məlumata əsasən, yerli hakimiyyət orqanları hadisə barədə yerli vaxtla saat 22:00 radələrində məlumat verib.

Hələlik atəş açan şəxs saxlanılmayıb, hadisənin səbəbləri və atəş açan şəxsin kimliyi ilə bağlı məlumat verilməyib.

Seçilən
17
2
day.az

3Mənbələr