AZ

Hakan Fidan Trampın ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarının ləğvini dəstəklədiyini açıqlayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında görüşdə CAATSA (ABŞ-ın sanksiyalar vasitəsilə düşmənlərə qarşı mübarizə qanunu) və Qəzzada atəşkəslə bağlı müzakirə aparıldığını bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Hakan Fidan hər iki tərəfin sanksiyaların aradan qaldırılmasını dəstəklədiyini vurğulayıb.

“Geniş diplomatik fəaliyyət həyata keçirdik. Müzakirələrdə CAATSA sanksiyaları kimi əlaqələrimizi daha da inkişaf etdirməyə mane olan problemlərin həlli mövzusunda razılıq əldə olundu. Prioritetimiz Qəzzada atəşkəsin ən qısa zamanda təmin olunmasıdır”, - nazir bildirib.

Dəryanur Cəfərova

Seçilən
26
apa.az

1Mənbələr