AZ

Ukrayna raket zərbələrinə məruz qalıb, xəsarət alanlar var

Ukraynanın paytaxtı Kiyev sentyabrın 28-nə keçən gecə Rusiya Aerokosmik Qüvvələrinin qanadlı raketləri ilə hücuma məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə "RBC-Ukraina" Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı edilib, kombinə olunmuş hücum davam edir.

Təxminən səhər saat 6:00-da (Bakı vaxtı ilə saat 7:00) Kiyevdə partlayış səsləri eşidilib. Eyni zamanda hərbçilər qanadlı raketlərin paytaxta doğru uçduğunu və bir neçə dəqiqə sonra güclü partlayışların təkrarlandığını bildiriblər.

"Hücum nəticəsində yaşayış infrastrukturuna ziyan dəyib, üç nəfər yaralanıb", - agentlik bildirib.

Partlayış səsləri Zaporojyedə də eşidilib.

Seçilən
22
3
ikisahil.az

4Mənbələr