Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
Tərəflər cari ilin avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının vacibliyini qeyd edib və bunun Cənubi Qafqazda sabitliyə və əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.
Paşinyan və Quterreş 2026-cı il oktyabrın 18-dən 30-dək Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə 17-ci Konvensiyasının təşkili və bu sahədə əməkdaşlığı müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.