AZ

Türkiyədən ərzaq gətirən yük maşınında külli miqdarda dərman aşkarlandı - FOTO

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən külli miqdarda dərman vasitələri aşkar edilib.

Bu barədə Redaktor.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyə Respublikasından ölkə ərazisinə ərzaq məhsulları gətirən yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.

Yük yerinə baxış zamanı 33 ədəd qutudan gömrük orqanına bəyan edilməyən, müxtəlif adda, ümumi sayı 44 120 ədəd olan dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
30
redaktor.az

10Mənbələr