AZ

Hacıqabulda yol qəzası oldu - Xəsarət alanlar var

Hacıqabulda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayonunun Qasımbəyli kənd sakini, 1965-ci il təvəllüdlü Musayev Mehman Gəray oğlu, Ağdərə rayon sakini, 1973-cü il təvəllüdlü Cəfərov Hamlet Musa oğlu və Ağdam sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elşən İsmiəli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə yerinə təcili-tibbi yardım stansiyasının əməkdaşları cəlb olunsa da, yaralılar yardımdan imtina ediblər.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
22
15
redaktor.az

10Mənbələr