Ukraynanın paytaxtı Kiyev sentyabrın 28-nə keçən gecə Rusiya Aerokosmik Qüvvələrinin qanadlı raketləri ilə hücuma məruz qalıb.
Bu barədə "RBC-Ukraina" Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı edilib, kombinə olunmuş hücum davam edir.
Təxminən səhər saat 6:00-da (Bakı vaxtı ilə saat 7:00) Kiyevdə partlayış səsləri eşidilib. Eyni zamanda hərbçilər qanadlı raketlərin paytaxta doğru uçduğunu və bir neçə dəqiqə sonra güclü partlayışların təkrarlandığını bildiriblər.
"Hücum nəticəsində yaşayış infrastrukturuna ziyan dəyib, üç nəfər yaralanıb", - agentlik bildirib.
Partlayış səsləri Zaporojyedə də eşidilib.
"Cebheinfo.az"