AZ

Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib (FOTO)

Bakı. Trend6

2025-ci il sentyabrın 27-də Almaniyanın Nürnberq şəhərininmərkəzində - tarixi qala divarlarının içərisində, xaricituristlərin ən sıx olduğu məkanda Azərbaycanın mina qurbanlarınadair açıq səma altında fotosərgi keçirilib.

Trend xəbər verirki, fotosərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət DəstəyiAgentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyininicra etdiyi “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsindəaçılıb. Layihədə QHT-nin yerli tərəfdaşı Bakı-Nürnberq Mədəniyyətvə Təhsil Mərkəzi olub.

“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyevbildirib ki, sərginin məhz Vətən müharibəsi şəhidlərinin AnımGünündə Nürnberqdə təşkili rəmzi məna daşıyır: “II Dünyamüharibəsindən sonra- 1945-1946-cı illərdə nasist rəhbərlərininbeynəlxalq tribunalda mühakiməsi burada keçirilib. Bu səbəbdənmüharibə cinayətkarlarının cəzalandırıldığı, ədalətin təminedildiyi Nürnberq şəhəri beynəlxalq hüquq tarixində xüsusi yertutur. Biz inanınırıq ki, işğal dövründə - 30 il ərzində Azərbaycantorpaqlarına 1 milyondan çox mina basdırmağa tapşırıqlar vermişErmənistanın hərbi-siyasi liderləri də bu müharibə cinayətlərinəgörə cavab verəcək. Ona görə də məhz Anım Günündə biz dünyayaNürnberqdən xitab edirik”.

Fotolarda mina qurbanları adından insanlara müraciətlər yeralıb. Mina qurbanı, yol təsərrüfatı işində çalışmış PərvizNəcəfovun fotosu üzərində yazılıb: “Mən yolları minalar kimiinsanları ayırmaq üçün deyil, insanları birləşdirmək üçün çəkirdim.Bir partlayış gözümün və ayağımın itirilməsi ilə nəticələndi, digərminaya məni xilas etməyə gələnlər düşdü. Eyni yerdə ümid neçə dəfəpuç ola bilər ki?!” (“I was building roads to bring peopletogether, not to separate them as the mines have done. One blasttook my eye and my leg; another scarred those who tried to rescueme. Tell me, how many times can hope explode in the same place?”).Mina qurbanı Xəzər Babaşov isə fotosu üzərinə qeyd buraxaraq, sərgiziyarətçilərinə üz tutaraq soruşub: “Mən günahkaram? Bəli, yoxsa,xeyr? Siz deyin, fotonun altındakı kağıza yazın.

Cavabınızı gözləyəcəm. Sürücü idim, insanları sağ-salamat biryerdən başqa yerə aparmağa çalışırdım. Avtomobildən kənara biraddım atım. Partlayış səsi gəldi. Və mənim həyatım əbədi olaraqçökdü. Hələ də özümü sorğulayıram: yerə düşməsəydim, bu, olardımı?Mənə deyin, günahkarammı? Bəlkə sizin cavabınız məni didən suallaranəhayət, son qoyar”.

Sərgi böyük maraqla qarşılanıb, ziyarətçilər Azərbaycanınüzləşdiyi mina probleminin miqyası barədə statistika ilə tanışolub, fotolardan təsirlənib.

Qeyd edək ki, bu, ötən gün – sentyabrın 26-da Almaniyanın Münhenşəhərinin mərkəzi Karlsplatz meydanında açılmış sərginin davamıolub.

Sərgidə mina qurbanlarına dair 20-dən çox fotoşəkil, insanhekayələri nümayiş etdirilib. Hər bir foto yalnız fərdi birhadisəni deyil, bütöv bir xalqın üzləşdiyi humanitar faciəni əksetdirib. Fotolardakı mina qurbanları barədə QR kod vasitəsilə əlavəməlumatlar verilib.

“Gilavar” Foto Klubu İctimai Birliyi bu sərgini Avropanın digərölkələrində də davam etdirməyi planlaşdırır.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
33
4
az.trend.az

5Mənbələr