Azərbaycanda təşkil edilmiş III MDB Oyunlarının açılış mərasimi bu gün baş tutacaq.
Sportal.az xəbər verir ki, Gəncə şəhər stadionundakı keçiriləcək tədbirə saat 19:00-da start veriləcək.
Açılış mərasimində Azərbaycan bayraqdarı karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə olacaq.
Xatırladaq ki, turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
III MDB oyunlarının bağlanış mərasimi də Gəncədə, oktyabrın 8-də olacaq.
saytlarin hazirlanmasi