AZ

Bu gün Tramp Konqresin partiya liderləri ilə görüşəcək KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp federal hökumətin bağlanmasının qarşısını almaq üçün bu gün Konqresdə hər iki partiyanın liderləri ilə görüşmək niyyətindədir. 

KONKRET.az xəbər verir ki, məlumatı Associated Press yayıb.

Bildirilir ki, Tramp Ağ Evdə Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Consonu, Senatın respublikaçı lideri Con Tunu, Nümayəndələr Palatasının və Senatın Demokratik Azlıq Liderləri Hakim Cefris və Çak Şumeri qəbul edəcək.

Bundan əvvəl Hakim Cefris və Çak Şumer prezidentdən onlarla görüşməsini tələb etmişdilər. Sentyabrın 23-də Tramp Truth Social-da ABŞ Konqresində Demokrat liderləri ilə görüşmək niyyətində olmadığını yazmışdı. Administrasiya rəhbəri qeyd edib ki, belə bir görüş “məhsuldar ola bilməz”. O, demokratların hökumətin gələcək maliyyələşdirilməsinə dair razılaşmalar üçün “qeyri-ciddi və gülünc tələblər” irəli sürdüyünü vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
konkret.az

10Mənbələr