AZ

Bakıda çoxmərtəbəli binada yanğın: 5 nəfər təxliyə edildi

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-ü uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
4
22
news365.az

10Mənbələr