AZ

ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayıb

28 sentyabrda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayıb.

ADY-dən verilən məlumata görə, bu gündən ilk dəfə xəttə buraxılan müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərilir.

Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına, saat 07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncəyə, 09:48-də isə Ağstafaya çatır. Günün ikinci yarısında reyslər saat 16:00-da Ağstafadan başlayır, qatar saat 17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatır. Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə olur.

Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə bilərlər.

Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur.

Gəncə–Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edir.

 

 

MənbəREPORT
Seçilən
11
27
banker.az

10Mənbələr