AZ

Səbəbsiz çəki artımının nadir səbəbi müəyyən edilib

SberZdorovye tibb şirkətinin endokrinoloqu Veronika Neudaxina deyir ki, əksər hallarda artıq çəki düzgün olmayan qidalanma və fiziki fəaliyyətin olmaması ilə əlaqələndirilir, lakin bəzi hallarda bu problem hormonal balanssızlıqdan yarana bilər.

E-saglam.az xəbər verir ki, o, izah edilməmiş çəki artımının bu nadir səbəbini Lenta.ru-ya təsvir etdi.

Həkim vurğuladı ki, artıq çəkinin hormonal balanssızlıqdan qaynaqlandığı hallar nadirdir. Bu vəziyyətdə hormonal balanssızlığa, məsələn, böyrəküstü və ya hipofiz vəzilərinin şişləri səbəb ola bilər ki, bu da böyük miqdarda kortizolun, stress hormonunun qan dövranına salınmasına səbəb olur.

"Xroniki olaraq yüksəlmiş kortizol səviyyəsi piy toxumasının metabolizmasını pozaraq, piy yataqlarının paylanmasının dəyişməsinə səbəb olur: onlar əsasən üz, boyun, yuxarı bel və qarın nahiyəsində yığılmağa başlayır, yuxarı və aşağı ətraflar isə incə qalır", - həkim izah edib.

O, həmçinin qeyd etdi ki, uzun müddət müalicə olunmayan hipotiroidizm, tiroid funksiyasının azalması ilə xarakterizə olunan bir vəziyyət, hormonal balanssızlıq səbəbindən çəki artımına əhəmiyyətli dərəcədə kömək edə bilər. Həkim həmçinin, artıq çəkinin digər səbəbi kimi orqanın həddindən artıq miqdarda insulin hormonu istehsal etməsinə səbəb olan nadir mədəaltı vəzinin şişi olan insulinoma da müəyyən edib.

Həkim onu ​​da qeyd edib ki, cinsi hormonların, məsələn, testosteron və ya estrogen istehsalının azalmasının çəki artımına səbəb olması fikri doğru deyil.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
0
e-saglam.az

1Mənbələr