AZ

Azərbaycanlı hakimlər UEFA-nın proqramında - FOTO

Gənc və perspektivli hakimlərin inkişafı məqsədilə UEFA-nın həyata keçirdiyi “Center of Refereeing Excellence” (CORE) proqramında Azərbaycandan 4 nümayəndə qatılıb.

İdman.biz xəbər verir ki, ölkəni AFFA Hakimlər Departamentinin rəhbəri, mentor Ömər Paşayev, baş hakim Tural Qurbanov və köməkçi hakim Asiman Əzizli təmsil ediblər.

Proqram çərçivəsində Ömər Paşayev Gürcüstan və Farer adalarından olan gənc hakimlərin 6 aylıq hazırlıq prosesindən sonrakı imtahanlarında iştirak edib. Gənc hakimlərimiz isə CORE 60 layihəsinə qatılaraq, intensiv hazırlıq prosesindən keçiblər. İmtahanlarda uğurlu nəticə göstərən hakimlərə UEFA tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, CORE proqramı Avropanın müxtəlif ölkələrindən seçilən gənc hakimlərin peşəkar inkişafına, beynəlxalq oyunlarda daha yüksək səviyyədə fəaliyyət göstərməsinə şərait yaradır.

İdman.biz

Seçilən
13
9
idman.biz

10Mənbələr