AZ

Azərbaycan üzgüçüləri MDB Oyunlarında daha iki medal əldə ediblər

Gəncə, 28 sentyabr, AZƏRTAC

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən yarışlarda təmsilçimiz Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmədə ikinci, Yeqor Maynitski isə 200 metr məsafəyə dörd üslubdan ibarət fərdi üzgüçülük yarışında üçüncü olub.

Daha əvvəl Mehri Əbdürrəhmanlı 100 metr məsafəyə “butterfly” (kəpənək) üslubunda üzmədə üçüncü olub.

Digər təmsilçimiz Anastasiya Qnussina isə 800 metr məsafəyə sərbəst üzmə yarışında dördüncü yerlə kifayətlənib və mükafatçılar sırasına düşə bilməyib.

Seçilən
11
11
azertag.az

10Mənbələr