AZ

Sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 10-15° isti olacaq.

Seçilən
12
49
ikisahil.az

10Mənbələr