AZ

Meksika və ABŞ qeyri-qanuni silah ticarəti ilə mübarizədə razılığa gəliblər

Meksika və ABŞ qeyri-qanuni silah ticarəti ilə mübarizədə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

“İki sahil” xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Meksika Təhlükəsizlik Şurasının üzvləri MakAllen şəhərində ABŞ hökumətinin nümayəndələri ilə birgə iclas keçiriblər.

“Bu mexanizmin məqsədi iki ölkə arasında razılaşdırılmış sərhədlərin qorunması və hüquq-mühafizə orqanları üzrə əməkdaşlıq proqramı çərçivəsində birgə tədbirlərin icrasına nəzarət etməkdir”, – bəyanatda qeyd olunub.

Görüş zamanı tərəflər qeyri-qanuni silah alverinin qarşısının alınması və koordinasiyanın gücləndirilməsi məqsədilə “Mission Cortafuegos” təşəbbüsünün işə salındığını elan ediblər.

Seçilən
14
2
ikisahil.az

3Mənbələr