Sentyabrın 29-da Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, Düylün 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq hava xəttində 110 kV-luq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bununla bağlı sabah saat 10:00-dan 13:15-dək Sabirkənd, Qoşadizə, Aza, Azad, Kələntərdizə, Başdizə və Gilançay kəndlərinin elektrik təchizatında məhdudiyyətlər olacaq.