AZ

Atlantik okeanda güclü qasırğa formalaşıb

Atlantik okeanda formalaşan “Umberto” qasırğası güclənərək Saffir-Simpson şkalası üzrə beşinci – ən yüksək kateqoriyaya yüksəlib.

Bu barədə ABŞ-ın Qasırğaları Müşahidə üzrə Milli Mərkəzi məlumat yayıb.

Hazırda “Umberto” saatda 17 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Qasırğanın mərkəzində küləyin maksimal sürəti saniyədə 72 metrə çatır.

ABŞ-ın sahilyanı bölgələrində fövqəladə halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.

“Cebheinfo.az”

Seçilən
76
8
cebheinfo.az

9Mənbələr