AZ

Peskov: Putin Trampla görüşməyə hazırdır

"Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa görüş dəvəti hələ də qüvvədədir".

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirilib.

O qeyd edib ki, dəvət masadadır və qüvvədə qalır:

“Bu, daimi dəvətdir. Putin prezident Trampla görüşməyə hazırdır. Hər şey Trampın qərarından asılıdır”.

Qeyd edək ki, avqust ayında Ankoricdə keçirilən danışıqlardan sonra Putin növbəti görüşün Moskvada keçirilməsini təklif etmiş, Tramp isə bunu mümkün hesab etdiyini, lakin tənqid ediləcəyini vurğulamışdı.
Seçilən
42
4
sherg.az

10Mənbələr