AZ

ABŞ-da yağışlar daşqına yol açıb, 4 nəfər ölüb

ABŞ-ın Arizona ştatında güclü yağışların səbəb olduğu sel və daşqın nəticəsində azı 4 nəfər ölüb.

APA-nın “CBS News”-a istinadən verdiyi xəbər görə, 3 nəfər Qlob şəhərində güclü yağışlar nəticəsində yaranan selin qurbanı olub.

Daha 1 nəfərin cəsədi Finiksin ətrafında suya düşən avtomobilin yaxınlığında aşkarlanıb.

Daşqın zamanı yüzlərlə propan balonunun su altında qalması təhlükəli vəziyyət yaradıb.
Seçilən
7
5
sherg.az

6Mənbələr