AZ

Hindistanlı aktyorun çıxışı zamanı FACİƏ

ain.az bildirir, Baku.ws portalına istinadən.

Hindistanda siyasi mitinqdə toqquşma olub.

BAKU.WS xəbər verir ki, Hindistanın cənubunda yerləşən Tamil Nadu ştatında keçirilən siyasi mitinq zamanı baş verən toqquşmalarda uşaqlar da daxil olmaqla azı 39 nəfər ölüb, 51 nəfər isə yaralanıb.

Hadisə məşhur aktyor və siyasətçi Cozef Vicay Çandrasekha üçün təşkil olunan kampaniya zamanı baş verib. Televiziya yayımları göstərib ki, izdiham zamanı çoxsaylı iştirakçılar huşunu itirib.

Həlak olanların ailələrinə bir milyon rupi (təxminən 18 590 AZN) təzminat ödəniləcəyi və hadisə ilə bağlı araşdırma aparılacağı açıqlanıb. Hindistan Baş naziri Narendra Modi sosial şəbəkədə başsağlığı verərək, bu ilin əvvəlində məşhur "Kumbh Mela Hindu" festivalında oxşar faciəli hallar baş verdiyini xatırladıb.

Cozef Vicay isə onlayn açıqlamasında baş verənləri dözülməz və təsvir olunmaz kədər kimi qiymətləndirib və dünyasını dəyişənlərin ailələrinə başsağlığı çatdırıb.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
baku.ws

2Mənbələr