Selena Qomez və Benni Blanko evləndi.
Far.Az xəbər verir ki, dünya şöhrətli müğənni Selena Qomez və musiqiçi Benni Blanko nikah masasına oturub. Cütlük ötən gecə Santa Barbarada təşkil olunan dəbdəbəli mərasimdə evlənib.
Müğənni instaqram hesabında yalnız toy tarixini paylaşarkən, Benni Blanko postun altına "Mənim real həyatdakı yoldaşım" şərhini əlavə edib.
Qeyd edək ki, cütlük 2023-cü ilin dekabrında münasibətə başlayıb və 2024-cü ilin dekabrında nişanlanmışdı.