Qəbələ, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında bürünc medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, Yağmur Məmmədli ilə Aylin Əsgərova qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1:3 hesabı ilə uduzaraq üçüncü yeri tutublar.
Oğlanların qoşa yarışlarının yarımfinalında isə belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütü üzərində 3:0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə finala yüksəlib. İdmançılarımız bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov və Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.