AZ

Azərbaycan üzgüçüsü: MDB Oyunlarında layiqli mübarizə ilə fəxri kürsüdə yer aldıq

Gəncə, 28 sentyabr, AZƏRTAC

III MDB Oyunları mənim üçün yaxşı başladı.

AZƏRTAC xəbər verir ki, bu sözləri III MDB Oyunlarının Gəncədə təşkil edilən üzgüçülük yarışlarında 1500 metr məsafəyə sərbəst üsulla üzmədə gümüş medal qazanan Azərbaycan təmsilçisi Süleyman İsmayılzadə deyib.

O, qarşıdakı günlərdə qızıl medal qazanmaq istədiyini bildirib: "Azərbaycan üzgüçüləri MDB Oyunları tarixində ilk dəfə medallar qazandı. Uşaqları təbrik edirəm. Rəqiblərimiz güclü olsa da, layiqli mübarizə apardıq və fəxri kürsüdə yer aldıq".

Seçilən
43
1
azertag.az

2Mənbələr