AZ

Kremldən Zelenskinin çıxışına REAKSİYA

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya Kiyevin Kremlə mümkün hücum cəhdinə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“Prezident Vladimir Putin artıq bu mövzuda danışıb. Bu barədə nəsə deməmək daha yaxşıdır, hamı bunu dərk edir” – o bildirib.

Peskovun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Qərb müttəfiqlərinə “cəsur döyüşçü” olduğunu nümayiş etdirmək istəyir:

“Lakin cəbhədəki vəziyyət bunun əksini göstərir. Ukraynanın danışıqlardakı mövqeyi də pisləşir”.

Qeyd edək ki, bundan əvvəl V.Zelenski Kiyevə hücumlara görə Moskvaya cavab veriləcəyini açıqlamışdı.

Xatırladaq ki, Rusiya qüvvələri ötən gecə Ukraynaya təxminən 500 pilotsuz uçuş aparatı və 40-dan çox raket, o cümlədən “Kinjal” hipersəs raketləri ilə hücum edib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr