AZ

Netanyahu Argentinaya getmək istədi, Miley “gəlmə” dedi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ səfərindən sonra Argentinaya getməyi planlaşdırsa da, Argentina Prezidenti Xavyer Miley bu səfərin təxirə salınmasını xahiş edib.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.

Məlumata görə, səbəb olaraq ölkədəki yaxınlaşan parlament seçkiləri və mümkün siyasi fəsadlar göstərilib.

“Netanyahu hazırda ABŞ-da səfərdədir. O, bazar ertəsi ABŞ Prezidenti Donald Trampla görüşəcək. Bundan sonra isə Buenos-Ayresə səfər etməyi planlaşdırırdı. Lakin Argentina rəhbərliyi bu planı təxirə salıb”, - məlumatda qeyd olunub.

Sərt İsrail tərəfdarı kimi tanınan Miley bu qərarın İsrailə qarşı yönəlmədiyini, sadəcə seçki kampaniyası dövründə xarici liderlərin səfərlərinin məhdudlaşdırılması siyasətinin bir hissəsi olduğunu bildirib.

Argentinada yaxın həftələrdə parlament seçkiləri keçiriləcək və hökumət istənilən siyasi riskdən qaçmağa çalışır.

Seçilən
12
4
axar.az

5Mənbələr