AZ

Yuventus un forvardı Səudiyyə Ərəbistanına yollana bilər

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Yuventus"un hücumçusu Duşan Vlahoviç Avropanı tərk edə bilər.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçuya “Əl-Nəsr”dən təklif gəlib.

Səudiyyə Ərəbistanı klubu serb üçün “Yuventus”a müraciət edib. Ərəblər Vlahoviçin transferini həll etmək üçün lazımı təzminatı ödəməyə hazırdır. Ancaq forvardın özü hələ ki Səudiyyə Ərəbistanına yollanmağa tələsmir.

Onun “Yuventus”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2022-ci il yanvarın 28-dən Turin klubunda çıxış edir. Serbiya millisinin forvardı “Partizan”, “Fioretina” klublarının da formasını geyinib.

 

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
sportal.az

2Mənbələr