"Əl-İttihad" baş məşqçisi Loran Blanı istefaya göndərib.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi fransız məşqçinin müqaviləsinə xitam verib.
Blan 2024-cü ilin iyul ayından "Əl-İttihad"a rəhbərlik edirdi. Onun rəhbərliyi altında bu klub ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatını və kubokunu qazanıb.
Qeyd edək ki, Ciddə təmsilçisi ölkə çempionatının 4-cü turunda "Əl-Nəsr"ə(0:2) uduzub.
saytlarin hazirlanmasi