AZ

Peskov: Putin Moskvada Trampla görüşməyə hazırdır və buna görə şad olardı

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa dəvəti qüvvədə qalır, bundan sonra Amerika tərəfi öz qərarlarını verməlidir.

Xezerxeber.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu daimi dəvətdir. Putin prezident Trampla görüşməyə hazırdır və buna görə şad olardı. Hər şey Trampın qərarından asılıdır", - Kreml sözçüsü bildirib.

Xatırladaq ki, avqust ayında Ankoricdə Trampla danışıqlardan sonra Putin növbəti görüşün Moskvada keçirilməsini təklif edib. Amerika lideri bunu mümkün saysa da, buna görə tənqid olunacağını etiraf edib.

Seçilən
35
15
xezerxeber.az

10Mənbələr