AZ

Messi "İnter Mayami" ilə müqaviləni uzadır

"İnter Mayami" hücumçusu Lionel Messi ilə yeni müqavilə ilə bağlı danışıqları uğurla başa çatdırıb.


Manset.az xəbər verir ki, bu barədə insayder Nikola Şkira məlumat yayıb.

38 yaşlı futbolçu ilə MLS klubunun rəhbərliyi bütün şərtlərlə bağlı razılığa gəlib. Müqavilənin uzadılması yaxın həftələrdə elan ediləcək. Yeni müqavilə 2028-ci ilin sonuna qədər nəzərdə tutulub. Müqavilədə erkən xitam variantları da var: Messi müqaviləni 2026-cı ilin, klub isə 2027-ci ilin sonunda ləğv edə bilər.

Messinin hazırkı müqaviləsi 2025-ci il dekabrın 31-də başa çatır. O, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Argentinalı hücumçu klubda 69 matçda 58 qol vurub və 28 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Messi daha əvvəl "İnter Mayami"nin karyerasının son klubu olacağını bildirmişdi.

Seçilən
18
3
manset.az

4Mənbələr