AZ

Hindistanda aksiyada izdiham yaşanıb, 40 nəfər ölüb KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hindistanın Tamilnadu ştaında keçirilən mitinqdə izdiham nəticəsində azı 40 nəfər ölüb, 95 nəfər isə yaralanıb.

KONKRET.az xəbər verir ki, hadisə şənbə günü Karur dairəsində “Tamiqlaqa Vetti Kajagam” (TVK) partiyasının lideri və tanınmış aktyor Vijayın iştirak etdiyi aksiyada baş verib.

Vijay mitinqdə tərəfdarlarına müraciət edərkən meydanda sıxlıq yaranıb.

Hadisə yerinə çoxsaylı təcili yardım və xilasedici qruplar cəlb edilib.

Faciə ilə bağlı araşdırma başlanılıb. İlkin versiyalara görə, izdihamın səbəbi tədbirin təşkilindəki zəif təhlükəsizlik tədbirləri olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
6
konkret.az

7Mənbələr