AZ

"Çelsi"də onun üçün mübarizəyə başladı

“Çelsi” klubu “Komo”nun yarımmüdafiəçisi Nikolas Pasın transferi uğrunda mübarizəyə qoşulmağa hazırlaşır.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, argentinalı futbolçunun karyerasını yenidən “Real Madrid”də davam etdirməsi ehtimalı yüksəkdir, çünki Madrid klubu oyunçunun müqaviləsində geri alım bəndinə malikdir. Lakin əgər Pas özü bu variantı qəbul etməzsə, “Çelsi” üçün fürsət yaranacaq.

“Komo” rəhbərliyi futbolçu ilə yeni müqavilə imzalamağı planlaşdırır. Bu halda “Real”ın geri alım şərti ləğv olunacaq və klub 21 yaşlı yarımmüdafiəçini təxminən 80 milyon avroya sata biləcəyini düşünür.

Xatırladaq ki, Nikolas Pas 2020-ci ildən “Real”ın akademiyasında çıxış edib. 2024-cü ilin yayında isə o, “Komo”ya transfer olunub. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, gənc oyunçunun bazar dəyəri 35 milyon avrodur.

Seçilən
23
90deqiqe.az

1Mənbələr