AZ

Çin lideri Trampa ŞƏRT QOYDU: ABŞ bu addımı atmasa...

Çin lideri Si Cinpin iki ölkə arasında ticarət razılaşmasının şərti kimi ABŞ prezidenti Donald Trampdan Tayvanın müstəqilliyinə qarşı açıq mövqe ortaya qoymasını istəyib.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" danışıqlardan xəbərdar olan hökumət mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Co Baydenin prezidentliyi dövründə ABŞ Tayvanın müstəqilliyini dəstəkləməsə də, bu mövqe artıq Si üçün kifayət etmir.

Mənbələrin bildirdiyinə görə, Çin lideri Trampdan Tayvanın müstəqilliyinə qarşı olduğunu rəsmi bəyan etməyi tələb edir. Si Cinpin həmçinin ticarət razılaşması üzrə danışıqlardan Amerika prezidentinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdırır.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr