AZ

Papanın yeni katibi məlum oldu

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo özünə yeni katib təyin edib.

Publika.az xəbər verir ki, İtaliya yeparxiyasının keşişi Marko Billeri Papa Leonun ikinci şəxsi katib təyin olunub.

2016-cı ildə keşiş təyin olunan 41 yaşlı Marko təhsilini Romada davam etdirərək kanon hüququ üzrə doktorluq dərəcəsi alıb. O, Toskana kilsə tribunalında, San Miniato Basso və Volterra yeparxiya tribunallarında müxtəlif vəzifələrdə çalışıb. San Miniato Bassodakı Müqəddəs Stiven və Martin kilsələrində fəaliyyət göstərib.

Seçilən
28
6
publika.az

7Mənbələr