AZ

Zelenski Trampa siyahı göndərdi: böyük sazişə hazırlıq

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ– la meqa-silah sazişi bağlamaq istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, artıq Kiyevin hərbi ehtiyaclarının siyahısı Ağ Ev rəhbərinə təqdim edilib.

“Biz prezidentlə əsas məqamları müzakirə etdik və razılaşdıq. İndi əməli icraata keçirik”, – Zelenski deyib.

O, həmçinin qeyd edib ki, komandası silah alışını müzakirə etmək üçün sentyabr və ya oktyabr aylarında ABŞ-a səfər etmək niyyətindədir.

Nəşrin məlumatına görə, ABŞ-ın Ukraynaya dəstəyi 90 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, V.Zelenski daha əvvəl D.Trampdan Tomaqavk raketlərini istəyib.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
globalinfo.az

1Mənbələr