Türkiyənin məşhur sənətçisi Nejat İşler ilə şou-biznes müxbirləri arasında dava çıxıb.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb aktyorun sərxoş olduğu halda jurnalistin ona dayanmadan sual ünvanlaması olub.
Bunun ardınca aktyor əsəbiləşib və söyüş söyməyə başlayıb.
Qeyri-etik ifadələrdən hiddətlənən müxbirlərdən biri sənətçiyə kəllə atıb.
Qeyd edək ki, sözügedən görüntülərdə çoxsaylı təhqiramiz ifadələr yer aldığından onu yayımlamağı məqbul hesab etmirik.