“İnter Mayami”nin hücumçusu Lionel Messi ABŞ klubu ilə yeni müqavilə imzalayacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər uğurlu danışıqlar aparıb və razılığa gəliblər.
Yeni müqavilə 2028-ci ilin dekabr ayına kimi qüvvədə olacaq və anlaşmada mümkün erkən xitamla bağlı bəndlər də yer alacaq.
38 yaşlı forvardın “İnter Mayami” ilə hazırkı müqaviləsi bu ilin sonuna kimidir.