AZ

Əslən Qarabağdan olan türkiyəli tanınmış şair vəfat etdi

Türkiyənin əslən Qarabağdan olan tanınmış yazıçısı və şairi, Azərbaycan haqda çoxsaylı şeirlərin müəllifi Yavuz Bülent Bakiler 89 yaşında vəfat edib.

 

“TRT Haber” bildirir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat paylaşıb.

 

“Türk ədəbiyyatının ən nüfuzlu yazarlarından biri, ziyalı, dünyamızın sayılıb-seçilən simalarından olan Yavuz Bülent Bakilerin vəfatını dərin hüznlə öyrəndik. Mərhuma Allahdan rəhmət diləyir, yaxınları və bütün ədəbiyyat dünyasına başsağlığı veririk”, - məlumatda qeyd olunub.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da onun ölümü barədə “X” hesabında paylaşım edib: “Yavuz Bülent Bakilerin vəfatından dərin hüznlə kədərlənirəm. Allahdan Bakilerə rəhmət diləyir, ailəsinə, dostlarına və ədəbi ictimaiyyətə başsağlığı verirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun”.

 

Qeyd edək ki, mərhum şair “Azərbaycan ürəyimdə bir şah damardır”, “Qarabağ həsrəti kimi” unudulmaz şeirlərin müəllifidir.

Seçilən
32
8
senzor.az

9Mənbələr