AZ

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

BAKI, 28 sentyabr. TELEQRAF

Danimarkada 29 sentyabr – 3 oktyabr tarixlərində keçiriləcək Avropa İttifaqı (Aİ) sammiti ilə əlaqədar olaraq mülki dronların istifadəsi qadağan olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, son vaxtlar bir neçə hava limanında dronlarla bağlı baş verən insidentlər fonunda Nəqliyyat naziri Tomas Danielsen Müdafiə və Ədliyyə nazirləri ilə məsləhətləşdikdən sonra Hava Nəqliyyatı Qanununa əsasən Danimarkanın hava məkanını mülki dronlar üçün bağlamağa qərar verib.

Nazirin sözlərinə görə, qadağanın tətbiqi ilə düşmən dronlarının qanuni dronlarla qarışdırılması riskinin qarşısı alınacaq.

Qadağa hərbi dronlar, dövlət və polisin, eləcə də fövqəladə hallarda və səhiyyə sahəsində istifadə olunan dronlara şamil edilmir.

Seçilən
8
1
teleqraf.com

2Mənbələr