Bakı. Trend:
ABŞ-nin Missuri ştatında anonim Powerball oyunçusu 410 milyondollarlıq cekpotun qalibi olub.
Bu barədə Trend“Bild”ə istinadən xəbər verir.
Qalib açıqlamasında həyat tərzində hələ heç bir dəyişikliyin başvermədiyini bildirib: “Mən daha çox ev adamıyam. Mənim ideal günümevdə oturmaq və indi etdiyim işi görməkdir – dincəlmək. Mənmilyonçuyam, multimilyonerəm, amma dünən gecə paltarlarımıyuyurdum”, – deyə o qeyd edib.
Lotereya qalibi ilk növbədə “bir ilini özünə həsr etmək”istədiyini desə də, bu planın reallaşacağına şübhə ilə yanaşır:“Arvadım məni şəhərdən çıxaracaq”, – deyə zarafatla əlavə edib.
410 milyon dollar Missuri tarixində ən böyük lotereya uduşuhesab olunur. Qalib uduşlu bileti sentyabrın 6-da Sent-Luisşəhərindəki “QuickTrip” restoranından alıb.
Xatırladaq ki, ötən il xərçəng xəstəsi olan laoslu mühacirABŞ-də “Powerball” lotereyasında 1,3 milyard dollar qazanmışdı.