Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarının yarımfinalında mübarizəni dayandırıb.
İdman.biz xəbər verir ki, Mərziyə Nurmətova və Onur Quluzadədən ibarət komanda qoşa yarışlarda Rusiya ilə qarşılaşıb.
Azərbaycan təmsilçiləri bu görüşdə rəqiblərinə 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.