"Real Madrid"in müdafiəçisi Daniel Karvahal uzun müddətə sıradan çıxıb.
Xəbər verilir ki, cinah oyunçusunun sağ ayağının əzələsində zədə aşkarlanıb.
Diaqnozun nəticəsini Madrid klubu rəsmi saytı vasitəsilə açıqlanıb. 33 yaşlı futbolçunun 4 həftə oynamayacağı gözlənilir.
Ötən ilin oktyabrında çarpaz bağları qopan ispan müdafiəçi bu ilin mayında yaşıl meydana qayıda bilib.
Karvahal bu mövsüm bütün yarışlarda 7 matçda meydana çıxıb. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" onun bazar dəyərini 8 milyon avro qiymətləndirir.
Mirağa