Kopenhagen Aİ hökumət başçılarının sammitinə ev sahibliyi edəcəyi üçün təhlükəsizlik səbəbi ilə bu həftə ölkə daxilində bütün mülki dron uçuşlarına qadağa qoyacaq.
"Unikal" xəbər verir ki, bu abrədə Danimarka Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Danimarka gələn həftə Aİ liderlərini qəbul edəcək və biz təhlükəsizliyə xüsusi diqqət yetirəcəyik. Buna görə də, bazar ertəsindən cümə gününə kimi Danimarka hava məkanını bütün mülki pilotsuz uçuşlar üçün bağlayacağıq", - nazirlik bildirib.
Sentyabrın 22-dən Danimarka hava məkanında PUA-lar müşahidə olunur. Nəticədə bir neçə hava limanı bağlanmışdı. Danimarka PUA-ların Rusiya tərəfindən göndərildiyini bildirmişdi.