AZ

Özcan Dəniz bu etirafı ilə tamaşaçıları ŞOKA SALDI 

Türk musiqisinin sevilən adlarından olan Özcan Dəniz İstanbulda səhnə aldığı məkanda söylədiyi sözlərlə pərəstişkarlarını narahat edib.

Musavat.com-un xəbərinə görə, Dəniz konsert zamanı etdiyi çıxışla sanki vida mesajı verib.

Konsertin ən coşğulu anında sənətçi deyib:

“Həyat məni heç istəmədiyim bir yerə doğru aparır. Orada baş verəcək hadisələrin mənim üçün xoş olmayacağı ehtimalı yüksəkdir. Bəlkə bir daha sizi görə bilmərəm. Əgər yollarımız bir daha kəsişməsə, mənimlə 30 il boyunca, dağ kimi yanımda dayandığınız üçün sizə sonsuz təşəkkürümü bildirirəm”.

Bu sözlər zalda sükut yaradıb və dinləyicilər böyük təəccüb yaşayıb. 

Konsertdə iştirak edən tamaşaçılar sosial şəbəkə paylaşımlarında Özcan Dənizin sözlərinin onları dərin şəkildə təsirləndirdiyini qeyd ediblər.  “Xahiş edirik, getmə”, “Səninlə böyüdük”, “Bir daha görə bilməmək çox çətindir” kimi rəylər qısa müddətdə gündəmə çevrilib.

Son dövrlərdə sənətindən çox şəxsi həyatı ilə müzakirə olunan Özcan Dəniz bir müddət əvvəl qardaşı Ercan Dənizlə yaşadığı gərginliklə gündəmə gəlmişdi. 

Musiqi karyerasına 90-cı illərdə başlayan və “Yalan”, “Kal De” kimi mahnılarla yaddaşlarda qalan sənətçi eyni zamanda uğurlu aktyorluq fəaliyyəti ilə də tanınır. “Asmalı konak” serialı ilə geniş kütlə qazanan Özcan Dəniz kino sahəsində rejissor və ssenarist kimi də özünü təsdiqləyib.

Musavat.com

Seçilən
23
3
musavat.com

4Mənbələr