Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 1 500 kvadratmetr olan sexin içərisində 4 m kabel, 1 ədəd dəzgah və 30 kvadratmetr sahədə taxta yonqarı yanıb. Sex yanğından mühafizə olunub.