Axar.az xəbər verir ki, bu barədə "Kremlyovskaya Tabakerka" Teleqram kanalı Kremldəki mənbələrə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, rus ordusu Vladimir Putinin doğum gününə qədər cəbhədə böyük uğur qazanarsa, Valeri Gerasimov Baş Qərargah rəisi olaraq qalacaq:
"Bildiyimə görə, Gerasimov aydın siqnal aldı: oktyabrın 7-nə qədər cəbhədə çox ciddi bir şeyə nail olmaq lazımdır. Uğur qazansa, vəzifəsində qalacaq. Əks halda, düşünürəm ki, Andrey Mordviçev tezliklə Baş Qərargah rəisi vəzifəsinə keçəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31