İtaliyanın kişilərdən ibarət milli voleybol komandası Bolqarıstan seçməsini məğlub edərək ardıcıl ikinci dəfə dünya çempionu olub.
Bizim.Media xəbər verir ki, turnir Filippində keçirilib.
Final qarşılaşması 3:1 (25:21, 25:17, 17:25, 25:10) hesabı ilə italyanların xeyrinə başa çatıb. Üçüncü yer uğrunda görüşdə Polşa Çexiyaya qalib gəlib (3:1).
Qeyd edək ki, İtaliya millisi öz tarixi ərzində beş dəfə dünya çempionu olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta